Daşkəsəndə polis şəhid və qazi ailələrini təhqir edib – VİDEO+FOTO

Əsas Manşet QALMAQAL
Spread the love

Hər bir ölkədə polis vətəndaşların təhlükəsizliyinin keşiyində dayanır.

Cinayətkarlarla mübarizə çərçivəsində hüquq-mühafizə orqanlarının gördüyü işi danmaq olmaz. Eləcə də, pandemiya dövrü ilə əlaqədar olaraq istər vətəndaşların, istər həkimlərin, istərsə də güc strukturlarında çalışan şəxslərin psixoloji durumlarında müəyyən qədər gərginliklərin olması normaldır. Dünyanınsəsi.Az saytına Daşkəsən rayon Astaf kənd sakinləri Orucov Lətif Məsim oğlu, “ vətən müharibəsi qazisi” Orucov Samir Hidayət oğlu, şəhid “Orucov Sərdarın” atası Orucov Əli Pənah oğlu, Orucov Süphan Sarı oğlu və Quliyev Abuzər Hidayət oğlu tərəfindən şikayət ərizəsi daxil olub.

Həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:

Hörmətli Baş prokuror !

Hörmətli Vilayət Eyvazov!

Yazıb məlum edirik ki, yaşadığımız Astaf kəndi Daşkəsən rayonunun ən ucqar kəndlərindən biridir. Həmin kənd erməni qəsibkarlarının dayndığı təmas xətindən 3-5 km aralıda yerləşir. Astaf kəndi rayon mərkəzindən 50-60 km aralı məsafədə yerləşdiyindən hər zaman rayona gəlib getmək çətin olur.
27 yanvar 2021-ci il tarixdə vətən müharibəsi qazisi olan oğlumun müalicə olunması və digər işlərimizlə bağlı rayona gəldik. Pandemiyaynan bağlı rayonda və digər yerlərdə “iaşə müəssisələri və yeməkxanalkar işləmədiyindən” günorta yeməyimiz üçün özümüzlə evdən gələndə yemək gətirdik. Günorta yeməyimizi “Şahbaz deyilən şəxsin yeməkxanasında” oturub evdən gətirdiyimiz yeməyi yeyən vaxt Daşkəsən RPŞ-nin rəis müavini Əlizamin Cəfərov, polis kapitanı Tural İsmayılov və polis serjantı Kənan Abdullayev yeməkxanaya gələrək 5 (beş) nəfər bizim və bizimlə bərabər 7(yeddi) nəfərdə başqa adamların şəkillərini çəkərək bizimlə mübahisə etməyə başladılar.
Vətən müharibəsi qazisi və şəhid ailəsi olaraq onlardan xahiş etdik ki, müalicəyə getmək üçün “əl açıb pul dilənirik” indidə acdığımıza görə bir loxma çörək yeyirik.
Xahiş edirik “Şəhid ailəsi və Qazi” olduğumuzu nəzərə alıb bizi bağışlayasınz. Bizim sözümümzü ağzımızda qoyan rəis müavini Əlizamin Cəfərov və yanındakı polislər biz “Qaz-Qsazi nədəki şəhid məhid ” tanımırıq deyərək bizə zor tətbiq edərək 12 nəfəri maşınlara doldurub polis şöbəsinə apardılar. Biz polis şöbəsinə aparılanda günorta saat 2:00 olardı. Polis şöbəsində bizimlə gələn 7 (yeddi) nəfər adamlar Əlizamin Cəfərova 50-60 manat pul verdikdən sonra arxa qapıdan buraxıldı və bizimdə pulumuz olmadığından şəhid atasını və vətən mnüharibəsi qazisini bir topal tək əyağının üstündə axşam saat 7 (yeddi)-yə kimi saxladılar. Saat yeddidəndə sonra bizim beş nəfərimizi isə məhkəməyə apartdıraraq hərəmizə 200 manat cərimə yazdırdılar.
Biz şəhid ailəsi və müharibə qazisi olaraq Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən və Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan xahiş edirik: “ İnzibati Xəta ilə bağlı bizm qanunsuz 5 saat polis şöbəsində saxlamaq hansı qanunvericilikdə yazılıbdır? Şəhid-məhid və müharibə qazı-qazisi tanımıraq deyərək təhqir etmək polis əməkdaşlarına qanunda icazə verilibdirmi?
Şikayətimiz xüsusi nəzarətə götürülərək polis əməkdaşları olan Əlzamin Cəfərovun, Tural İsmayılovun və Kənan Abdullayevin barəsində araşdırma aparılmasına və onların daxili işlər orqanlarından kənarlaşdırılmalarına göstəriş verməyinizi xahiş edirik. Əks təqdirdə şikayətimizə baxılmarsa Prezident İlham Əliyev cənablarına şikayət edəcəyik.
Bizə edəcəyiniz köməkdarlığa görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Dünyanınsəsi.Az Daşkəsən sakinin videoşikayətini təqdim edir:

Dünyanınsəsi.Az