DİN-dən Samuxda atların güllələnməsi ilə bağlı AÇIQLAMA

Hit REDAKSİYA SEÇİMİ
Spread the love

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb.

Dünyanınsəsi Az xəbər verir ki,qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlama da deyib:

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Samux rayonunda Feruz
Rüstəmov adlı sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə
bağlı əsassız və təhrif olunmuş yazı dərc edilib.
Məlumat üçün qeyd edim ki, 2020-ci ilin dekabr ayının 16-da Samux rayon
sakinləri Ziya Məmmədov və Hafiz Abbasov DİN-nin “102 Zəng Xidməti”
Mərkəzinə daha sonra Samux rayon Polis Şöbəsinə müraciə edərək özlərinə
məxsus iki baş atın Feruz və Elçin adlı şəxslər tərifindən ov tüfəngi ilə
güllələndiyini bildirib.
Müraciətlə əlaqədar RPŞ-nin və 67 saylı baytarlıq idarəsin əməkdaşları
hadisə yerinə gələrək müəyyən araşdırmalar aparılıb. Heyvan cəsədlərinə baxış
keçirilən zaman hər hansı bir ov tüfənginə məxsus qırma və ya güllə izi aşkar
edilməyib. Ekpert-baytarın verdiyi rəyə əsasən heyvanlar vəhşi heyvanın hücumu
nəticəsində ölüblər və heyvan sahibləri ekpertizanın rəyi ilə razılaşdıqlarını
bildiriblər.
Bunda başqa məqalədə sahibkar Feruz Rüstəmovun icarəyə götürdüyü
ərazidə ağacların qırılması iddiası əsasında hazırda həmin əraziyə Ekologiya və
Təbii Sərvətlər nazirliyinin regional idarəsinin əməkdaşları dəvət olunub, baxış
keçirilir. Əgər fakt öz təstiqini taparsa məsələyə hüquqi qiymət veriləcək.

Xatırladaq ki, ötən gün redaksiyamıza müraciət edən Samux rayon sakinləri atlarının Feyruz Rüstəmov tərəfindən güllələndiyi iddiası ilə çıxış etmişdilər.