Gürcüstan Türkiyə və Ukrayna ilə müntəzəm aviareysləri bu tarixdən etibarən bərpa edir

DÜNYA Hit
Spread the love

 

Fevralın 4-dən etibarən Gürcüstan və Türkiyə arasında Tbilisi-İstanbul-Tbilisi istiqaməti üzrə müntəzəm aviareyslərin həyata keçirilməsinə başlanılacaq. 24News.ge xəbər verir ki, bu barədə Tbilisi beynəlxalq hava limanı məlumat yayıb. Məlumata əsasən, reysləri “Pegasus Airlines” aviaşirkəti həftədə 5 dəfə yerinə yetirəcək. Mart ayından isə uçuşların gündəlik həyata keçirilməsi planlaşdırılır. Qeyd olunan tarixdən başlayaraq Ukraynanın “SkyUp Airlines” şirkəti də həftədə iki dəfə Kiyev-Tbilisi-Kiyev istiqaməti üzrə aviareyslərə start verəcək