İrəvanın Mehri iddialarına FAKTLARLA CAVAB – FOTO

Əsas Manşet QALMAQAL
Spread the love

Son zamanlar bəzi erməni mənbələrinin yazdığına görə, Ermənistan rəhbərliyi Mehri dəhlizinin Ermənistana məxsus olduğunu iddia edir. Lakin Ermənistanın və Rusiyanın dövlət arxivlərində olan sənədlər sübut edir ki, Mincivan–Ordubad nəqliyyat dəhlizinə məxsus bütün infrastruktur Azərbaycana məxsus olub.

Dünyanınsəsi.Az xəbər verir ki, bunu Trend-ə Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Mehrinin ümumilikdə Ermənistan ərazisi olmadığını deyən F.İsmayılov deyib ki, dəhliz Araz çayı boyunca İranla həmsərhəd olduğundan ermənilər bu əraziyə xüsusi icazələri olmadan buraxılmırdılar. SSRİ xüsusi xidmət orqanları yalnız xüsusi buraxılışı olanlara şəhərə keçməyə icazə verirdi.

Alim qeyd edib ki, Mehri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdı. Mehri Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi.

F.İsmayılov deyib ki, Mehri rayonunun keçmiş adının “Mığrı” olması həmin bölgənin yerli əhalisinin azərbaycanlı olduğunu təsdiqləyir:

“Mehri adının ermənicə izahının heç bir mənası yoxdur. Bu yerin adı qədim mənbələrdə Mehri kimi göstərilir. Mehri toponimi isə Mehranilər sülaləsinin banisi Mehranın adı ilə bağlanılır. Şəhərin Mehran tərəfindən salındığı güman edilir. Digər bir mənbəyə görə isə Meğri adı “meğ”, “mağ”, “muğ” anlamını saxlayıb və bu yerlərdə qədim türk tayfalarının yaşadığına tutarlı dəlildir. 1991-ci ildə rayonun Mehri, Aldərə, Lök, Maralzəmi, Lehvaz, Mığrı, Astazur, Nüvədi kəndlərinin azərbaycanlı əhalisi Ermənistan tərəfindən zorakılığa və etnik təmizləməyə məruz qalaraq yaşadıqları əraziləri tərk ediblər. Sovet dövründə hər kəsin buraxılmadığı bu şəhərə, Ermənistanın Azərbaycan ərazilərini işğalından sonra, Ermənistanın digər şəhər və kəndlərindən eləcə də İrandan çox sayda insan və yük maşınları gəlməyə başladı və bir çoxları burada məskunlaşdılar”.