
Vahid Ələkbərovun bankında külli miqdarda yeyinti və ciddi qanun pozuntuları –Yeni ad dəyişmənin arxasında hansı gizlinlər dayanır?
Spread the love
Bu il noyabr ayında rebrendiq edərək “Yelo Bank” olan “Nikoil Bank” yeni şüarını da ictimaiyyətə təqdim edib: “Parlaq Bankçılıq”.
Amma bu bankda dəyişən ad, şüar və bir də filialların külli miqdarda vəsait yeyintisi hesabına başa gələn yeni dizaynıdır. İdarəçilikdə köhnə ənənələr davam edir və bu da nizamnamə kapitalının həcminə görə (350 milyon manat) Azərbaycanda üçüncü olan bankın hələ də mənfəətlə işləyə bilməməsinə gətirib çıxarıb. Bu barədə ətraflı bir qədər sonra.
DunyaninSesi xəbər verir ki, bank sektorundakı mənbələrdən “AzPolitika.info”-ya daxil olan məlumata görə, adın dəyişdirilməsi bank rəhbərlərinin bir sıra gizli əlaqələri ilə bağlıdır. Məqsəd heç də rebrendiqdə göstərilən “Yelo” adının bank xidmətlərinə fərqli bir yanaşma, rəngarənglik və rahatlıq gətirmək istəyi deyil.
Mənbə bildirib ki, “Yelo Bank”-ın İdarə Heyətinin sədri Nikolay Şurqay və onun müavini Fərhad Hacınskinin Gürcüstanda fəaliyyət göstərən “TBC Bank”ın rəhbərləri ilə ciddi işbirliyi var.
Gürcüstan bankirləri Bidzina İvanişvili hakimiyyətinə qaşı müxalifətdədirlər və müxalif “Lelo” Partiyasında fəaliyyət göstərirlər. Azərbaycanda “Yelo Bank”-ın İdarə Heyətinin sədri N.Şurqayın da bu partiyanın üzvü olduğu bildirilir. Məlumata görə, rebrendiqdə seçilən “Yelo” adı əslində “Lelo” partiyasının adına uyğunlaşdırılıb. Artıq “Yelo Bank”-ın rəhbərliyində “TBC Bank”-dan göndərilən 4 nəfər Gürcüstan vətəndaşı çalışır.
Fərhad Hacınski
Xatırladaq ki, Nikolay Şurqay bank sektorunda fəaliyyətinə Gürcüstandan başlayıb. O, 1994-cü ildə Gürcüstanın “Eximbank”-ında, sonra “United Georgian Bank”-da işləyib. 2008–2009-cu illərdə isə Gürcüstanda “VTB Bank”-ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Bu ölkənin bank sektorunda onun ciddi əlaqələri var, onlardan daha çox şəxsi mənfəəti üçün istifadə edir. Bu zaman “Yelo Bank”ın vəsaitlərini də istifadə etməkdən çəkinmir.
Məlumata görə, “Yelo Bank”-ın hələ də mənfəətlə işləyə blməməsinin səbəbi elə bununla bağlıdır. Belə ki, N.Şurqay və F.Hacınski bankın vəsaitlərini bankdan kənarda qeyri-bank fəaliyyətinə yönəldib milyonlarla dollar gəlir əldə edirlər. Artıq uzun müddətdir ki, bankın vəsaitləri “TBC Bank”-ın Azərbaycanda təsis etdiyi Bank Olmayan Kredit Təşkilatı (BOK) “TBC Kredit”ə yönləndirilir.
Qeyd edək ki, bu təşkilat artıq 20 ildir Azərbaycan bazarındadır. BOK-lar içərisində ilk dəfə ipoteka kreditləri verməsi ilə öyünür. Onun rəhbəri Nikolas Şurqayın biznes ortağı Spartak (Nikru) Tetraşvilidir. Mənbə bildirir ki, BOK rəhbəri ilə münasibətlər o qədər istidır ki, o hətta “Yelo Bank”ın idarə olunmasında da iştirak edir.
Məlumatda qeyd olunur ki, “Yelo Bank”-dan külli miqdarda vəsaitin adıçəkilən BOK-a yönləndirilməsi işinə bilavasitə Nikolay Şurqay, Spartak Tetraşvili, bankın departament rəhbərləri Fuad Tağıyev və Fuad Mədətov rəhbərlik edirlər.